İsrail Qəzza zolağında İki il ərzində 31 Peyvənd Mərkəzini vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.

ÜST-dən bildirilib ki, İsrail ordusu ərazidəki 54 peyvənd mərkəzindən 31-ni vuraraq sıradan çıxarıb: "Bu səbəbdən adi peyvənd prosesinin icrası 70 faiz səviyyəsində icra olunub. Qarşıdan iqış gəlir, uşaqlar arasındakı xəstəliklərinin qarşısını almaq üçün peyvənd kampaniyasına başlamaq çox vacibdir"

Onu da qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondu (UNICEF), Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstin Qaçqınları üçün Yardım üzrə İş Agentliyi (UNRWA), Ümumdünya Səhiyyə Təşkilatı və Fələstin Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Qəzza zolağında uşaqlar üçün peyvənd kampaniyasına başlanacağı barədə İsrailə xəbərdarlıq ediblər

Tahir Şəlvəli
MİA.AZ