Bosniya və Herseqovinanın Tuzla şəhərindəki qocalar evində güclü yanğın baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yanğında 11 nəfər ölüb, 38 nəfər isə ağır yanıq xəsarətləri alıb.

Tuzla Kantonunun Baş Prokuroru Vedran Əlidzanoviç bildirib ki, faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir: "38 yaralıdan dördünün vəziyyəti ağırdır. Yanğının dəqiq səbəbi hələlik məlum deyil"

Bu arada qocalar evinin direktoru Mirsad Bakaloviç baş verən hadisədən sonra istefa verdiyini bəyan edib: "Bu, dəhşətli hadisəyə dözmək mümkün deyil..."

Samir MUSAYEV
MİA.AZ