Türkiyədə dənizdə 28 qanunsuz miqrant tutulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İzmir Sahil Mühafizəsi Komandanlığı məlumat açıqlayıb.

Bildirilib ki, İzmirin Urla bölgəsində sahilə yaxın dənizdə aralarında 7-si uşaq olmaqla 28 qanunsuz miqrantın olduğu rezin qayıq "radar"a düşüb: "Komandanlıq əməliyyatla rezin qayıqda olan miqrantları və onlarə Avropa ölkələrinə pul qarşılığnda keçircəkləri vədi verən iki "miqrant qaçaqmalçı"sı tutulub".

Məlumatda deyilir ki, miqrantlar deport olunacaqlar.

Firudin Səfərli

MİA.AZ