Bu gün İsrail ordusu Suriya ərazisinə girib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu 13 zirehli texnika ilə Suriyanın cənub-qərbindəki Quneytra bölgəsindəki Qərbi Samdaniya və Cürət əl-Şeyx kəndlərini ələ keçirib.

Məlumata görə, hərbçilər daha sonra kənddən geri çəkilsələr də, həmin ərazilərə gedən yolu nəzarətə götürüb: "Artıq yolda nəzarət postları qurulub".

İsrail ordusu faktı təsdiqləyib.

Tahir Şəlvəli
MİA.AZ