ABŞ-ın qırıcı təyyarəsi və helikopteri qəzaya uğrayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Cənubi Çin dənizində baş verib.
Məlumata görə, nüvə enerjisi ilə işləyən USS Nimitz təyyarədaşıyan gəmisindən havaya qalxan MH-60R Sea Hawk helikopteri və F/A-18 Super Hornet qırıcı təyyarəsi dünən təxminən yarım saat fərqlə Cənubi Çin dənizinə düşüb: "Yerli vaxtla saat 14:45 ilə 15:15 arasında baş verən qəzalarda katapult edən pilotlar və helikopterdəki üç ekipaj üzvü sağdır, onlar xilas olunub"
Tahir Şəlvəli
MİA.AZ