"Fənərbağça" daha bir futbolçu ilə vidalaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bu barədə Türkiyə Futbol Federasiyasını məlumatlandırıb.
Bildirilib ki, millinin hücumçusu da olan Genk Tosunla qarşılıqlı razılaşma ilə müqaviləyə xitam verilib.
Xatırladaq ki, Cenk Tosun bu mövsüm "Fənərbağça"da 7 oyuna sonradan daxil olub.
Təcrübəli hücumçunun "Kasımpaşa" ilə müqavilə imzalayacağı gözlənilir.
Onu da qeyd edək ki, "Kasmpaşa" dünən "Qalatasaray"ın sabiq yarımmüdafiəçisi Kərəm Dəmirbayla da anlaşıb.
Firudin Səfərli
MİA.AZ