Türkiyəli məşhur müğənni Aleyna Tilki Amsterdamda şok olayla qarşılaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Amsterdam hava limanında müğənninin çantası oğurlanıb.
Bu barədə onun özü açıqlama verib.
Müğənni şəhərdə yaşayan türklərdən heç olmasa, pasportunun tapılmasına yardımçı olmağı xahiş edib.
O bildirib ki, çantasında pasportu, kompüteri və digər qiymətli əşyaları var: "Dostlar, mən hazırda Amsterdamdayam. Pasportum, noutbukum və başqa hər şeyim olduğu çantam oğurlanıb. Burada deyirlər ki, oğrular adətən çantadakı qiymətli əşyaları götürdükdən sonra onu və pasportu yaxınlıqdakı zibil qutularına, yaxud küçələrə atıb qaçırlar. Amerikada konsertim var, orada çıxış etməliyəm. Onun üçün Türkiyə pasportumun tapılmasına yardım edin..."
Ləman
MİA.AZ