Rusiya ordusu bu gün Ukrayna Quru Qoşunlarının təlim bölməsinə iki ballistik raketlə zərbə endirib.
Bu barədə "Cənub" əməliyyat komandanlığı sosial şəbəkələrdə məlumat yayıb.
Hücum nəticəsində ölənlər və yaralananlar var. "Səhər saatlarında Rusiya Ukraynaya, xüsusilə də Quru Qoşunlarının arxa cəbhədə yerləşən təlim bölmələrindən birinin ərazisinə iki ballistik raketlə kütləvi zərbə endirib", - məlumatda qeyd olunur(Report).