Keniyada dünən vəfat edən keçmiş Baş nazir Raila Odinqanın bu gün keçirilən dəfn mərasimində qan tökülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 80 yaşlı Raila Odinqanın Keniyanın paytaxtı Nayrobidə futbol stadionunda keçirilən dəfn mərasiminə toplanan minlərlə insanı dağıtmaq üçün təhlükəsizlik qüvvələri əvvəl havaya atəş açıb, lakin camaat dağılmayıb.

Məlumata görə, bundan sonra hərbçilıər kütləni atəşə tutublar: "Nəticədə onlarla insan ölüb, çoxlu sayda yaralı var"

Xəbərdə deyilir ki, təhlükəsizlik qüvvələri daha sonra gözyaşardıcı qazdan və dubinkadan istifadə edib: "Bu səbəbdən hazırda ölkədə böyük gərginlik yaranıb".

Samir Musayev
MİA.AZ