Türkiyədə İŞİD-ə qarşı növbəti uğurlu əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, jandarma qüvvələrinin iştirakıyla İŞİD terror təşkilatının üzvü olan və ya təşkilata hər hansı formada "bağı" olanlar müəyəyn olunaraq saxlanılıblar: "Adana, Adıyaman, Amasya, Ankara, Antalya, Balıkesir, Çanaqqala, Çankırı, Çorum, Diyarbəkir, Ərzurum, Qaziantep, Hakkari, Hatay, Iğdır, Isparta, İstanbul, İzmir, Konya, Mersin, Muğla, Nevşehir, Niğde, Osmaniye, Şanlıurfa, Tekirdağ, Tokat və Zonguldak baş tutan əməliyyatla ümumilikdə 51nəfər tutulub".
Firudin Səfərli
MİA.AZ