Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın bu gün Suriyanın paytaxtı Dəməşqdə prezident Əhməd Şara ilə görüşüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik və bölgədəki son hadisələr müzakirə olunub.
Kalın Suriyanın ərazi bütövlüyü, suverenliyi, siyasi sabitliyi və sülhün əhəmiyyətinə diqqət çəkib və bu məsələlərdə Türkiyənin Suriyaya sarsılmaz dəstəyini təkrarlayıb: "Türkiyənin Dəməşq hökumətinə lazım olan hər cür dəstəyi verməyə hazırdır"
Tahir Şəlvəli
MİA.AZ