İsrailin bu gün səhər Qəzzada endirdiyi zərbələr nəticəsində ölənlər var.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, günortaya olan məlumata əsasən, zərbələr nəticəsində 29 nəfər həyatla vidalaşıb, 100-dən çox yaralı var.

Həlak olanlar arasında qadın və uşaqların da olduğu iddia olunur.

Tahir Şəlvəli
MİA.AZ