Türkiyədə FETÖ-yə qarşı əməliyyat davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ankara Respublika Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, FETÖ-nün Dəniz Qüvvələri Komandanlığı tərkibindəki gizli "struktur"u ilə bağlı aparılan istintaq çərçivəsində daha 10 şübhəli saxlanılıb: "İfadələrindən sonra onlar məhkəməyə sövq ediliblər. Məhkəmə onların barəsində həbs qətimkan tədbiri seçib"
Məlumatda deyilir ki, həbs olunanlar köşklər, ərzaq mağazaları və marketlər və sair yerərdə quraşdırılmış stasionar telefonlardan istifadə edərək təşkilatın “mülki imamları” ilə əlaqə saxlayaraq tapşırıqlar alıb və yaxud informasiya ötürürmüşlər.
Firidn Səfərli
MİA.AZ