Lüksemburq Fələstin Dövlətini tanımağa hazırlaşır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Lüksemburq hökuməti bəyanat verib.

Bəyanatda deyilir ki, ölkə olaraq BMT Baş Assambleyasında Fələstin Dövlətini rəsmən tanıyacaqlar.

Bu barədə baş nazir Luc Frieden və xarici işlər naziri Xavier Bettel parlamentdəki çıxışlarında bölgədəki gərginliyin həlli məqsədiylə bu addımı vacib sayıblar: "Fələstin dövlətinin elanı bölgədə sülhün təminatı olacaq"

Tahir Şəlvəli
MİA.AZ