Avropanın daha bir ölkəsi Fələstini dövlət olaraq tanımağa hazırlaşır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Portuqaliyanın xarici işlər naziri Paulo Rangel a Böyük Britaniyanın xarici işlər naziri İvet Kuperlə görüşdən sonra mətbuata danışıb.
O bildirib ki, bununla bağlı gələn həftə qərar verəcəklər: "Doğrudur ki, bizə Fələstin Dövlətinin tanınması üçün heç bir maneə olmayıb. Proses davam edir və gələn həftə qərarımızı elan edəcəyik"
Tahir Şəlvəli
MİA.AZ