"Şimali Koreya nüvə dövlət statusundan heç vaxt imtina etməyəcək. Bu, geridönməz məsələdir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Şimali Koreyanın BMT-dəki Daimi Nümayəndəliyi yayıb.

Nümayəndəliyin bəyanatına əsasən,  Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurasının iclasında ABŞ-ın Şimali Koreyanın nüvəsizləşdirilməsi çağırışı gülüş doğurur: "Pxenyanın daxili işlərinə açıq şəkildə müdaxilə sayılan ABŞ-ın bu təxribatçı hərəkətini qətiyyətlə pisləyirik. Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə silahı dövləti statusu onun ali və əsas qanununda daimi olaraq təsbit edilmiş, dönməz xarakter almışdır..."

Samir Musayev
MİA.AZ