Türkiyənin 17 şəhərində FETÖ-yə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Konya, Ankara, Antalya, İstanbul, Kocaeli, Samsun, Tokat, Siirt, Batman, Şanlıurfa, Malatya, Kahramanmaraş, Hatay, Bursa, Əskişəhər, Kütahya və Çorumda eyni vaxtda başlayan əməliyyatla daha 21 şübhəli saxlanılıb.

Məlumata görə, tutulan şəxslərin ifadəsi alındıqdan sonra onlar məhkəməyə sövq ediləcəklər.

Firudin Səfərli
MİA.AZ