ABŞ Prezidenti Donald Tramp Venesuelanı növbəti dəfə hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, narkotik kartellərinə qarşı mübarizə çərçivəsində Venesuelanın dənizdəki gəmilərini vuracaqlarını deyib.

Tramp bildirib ki, bu günə qədər Amerika dəniz qüvvələri öz vəzifələrini uğurla davam etidirrlər: "Lakin Venesueladan yenə çoxlu narkotiklər gəlir. Narkobaronların çoxlu sayda üzvləri ölkəmizə soxulmaq istəyir. Lakin biz biz onları sərhəddə dayandırırıq. Bundan sonra da Karib dənizində şübhələndiyimiz Venesuelaya aid gəmiləri məhv edəcəyik. Onlar bəzən balıqçı qayığı adı altında narkotik daşıyırlar. Biz bu bardə kəşfiyyat məlumatlarına sahibik".

ABŞ prezidenti Venesuelaya birbaşa hücumla bağlı sualdan isə yayınıb.

Samir Musayev
MİA.AZ