İsrail ordusu son iki gündə işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Tulkərim şəhərində geniş miqyaslı reydlər keçirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, reydlər zamanı 1000-dən çox fələstinli saxlanılıb.

Tulkərim valisi Abdullah Kemil faktı təsdiqləyib. 

O bildirib ki, heç bir səbəb olmadan İsrail hərbiçiləri şəhərə hücum çəkib və 1000-dən çox fələstinlini həbs edərək, özləri ilə aparıblar: "Bununla yanaşı, onlarla ev dağıdılıb, aralarında qadın və uşaqların da olduğu xeyli insan alçalıdılıb, döyülüblər"

Vali deyib ki, İsrail bu davranışla fələstinlilərin iradəsini qırmağa can atır.

Tahir Şəlvəli
MİA.AZ