ABŞ-da Massaçusets Universitetinin yataqxanasında atışma olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, atışma səsindən dəRhal sonra yataqxana binası boşaldılıb.

Məlumata əsasən, Boston polisi Massaçusets Universitetinin kampusda geniş təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Hadisə ilə bağlı sosial mediada paylaşılan video görüntülərdə tələbələrin əllərini yuxarı qaldıraraq binanı tərk etdiyi görünür.

Universitet rəhbərliyi və polis hadisə ilə bağlı əlavə informasiya verməyiblər.

Təxminən 15 min tələbənin təhsil aldığı universitetdə baş verən insidentdə xəsarət alanların olub-olmadığı hələlik məlum deyil.

Zülfiyyə
MİA.AZ