Bu gün İsrail ordusu günortadan sonra Livanın şərqindəki Bekaa bölgəsinə və cənubundakı Nəbatiyə şəhərinə növbəti hava zərbələri endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu bu hücumla "Hizbullah"a məxsus silah istehsalı və saxlanma obyektlərini vurub: "İsrail ordusu ölkənin təhlükəsizliyinə təhdidlərə qarşı hücumları davam etdirəcək"

Tahir Şəlvəli
MİA.AZ