Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynaya səfərə gedib.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak sosial şəbəkələrdə bildirib.
"Xarici işlər naziri Andrey Sibiqa ilə birlikdə Finlandiya Prezidenti Aleksandr Stubbu qarşıladıq", - A.Yermak yazıb.
Prezident Ofisinin rəhbəri bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Finlandiya liderinin danışıqlarının mərkəzində təhlükəsizlik, Avropaya inteqrasiya, infrastruktura investisiyalar, həmçinin Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı məsələlər dayanır.
Onun sözlərinə görə, tərəflər həmçinin Rusiyaya təzyiqin artırılması, sanksiya siyasəti və davamlı sülhün bərqərar olmasının vacibliyini müzakirə edəcəklər./Report