İsrail Qəzza zolağında HƏMAS üzvlərinin olduğu əraziləri intensiv hava hücumları və artilleriya atəşinə tutub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə ən azı 11 nəfər ölüb, 100-dən çox yaralı var.
Qəzzada mülki Müdafiə Qurumundan bildirilib ki, ağır bombardmanlardan sonra xeyli insandan xəbər tutulmayıb: "Ən azı 25 nəfər itkin düşmüş sayılır. Onların dağıntılar altında sağ qlaıb-qalmamaları bəlli deyil. Dağıntı bölgələrində minimum imkanlarla xilasetmə işləri aparılır"
Tahir Şəlvəli
MİA.AZ