İsrailin hücum və blokadası altında olan Qəzza zolağında aclıq höküm sürür.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son 24 saatda ikisi uşaq olmaqla daha 6 nəfər acından hıyatla vidalaşıb.

Qəzzada Səhiyyə Nazirliyi faktı təsdiqləyib. Bildirilib ki, bununla da 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağında acından ölənlərin sayı 393-ə yüksəlib: "Onlardan 140-ı azyaşlıdır".

Tahir Şəlvəli
MİA.AZ