“Trabzonspor” Andre Onananın transferi üçün “Mançester Yunayted”lə böyük ölçüdə razılığa gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub oyunçunu "Trabzonspor"un təklifinə "hə" deyib.
Bildirilib ki, 3-cü qapıçı olmaq istəməyən Andre Onananın bu gün, yaxud sabah Trabzona gələcəyi gözlənilir.
Xatırladaq ki, "Trabzonspor" onu icarə əsasında heyətə qatacaq.
Fərid
MİA.AZ