Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun müqaviləsinin qarşılıqlı şəkildə xitam verilib.
Mia.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev mətbuat konfransında deyib.
O bildirib ki, yığmanı DÇ-2026-nın seçmə mərhələsində sabah Ukrayna yığması ilə Bakıda keçiriləcək oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.
Xəbərdə o da deyilir ki, ona təxminən 4.5 milyon avro təzminat ödəniləcək.