Venesuela polisi beynəlxalq narkotik ticarəti üçün istifadə olunan gizli uçuş zolağını məhv edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, polis ölkənin Şahin əyalətinin kənd ərazisində keçirilən əməliyyat zamanı beynəlxalq narkotik ticarəti ilə əlaqəli olduğu iddia edilən uçuş və eniş üçün istifadə edilən "aeroport"u yararsız hala salıb.

Polisdən bildirilib ki, uçuş-enmə zolağının təxminən 500 metr uzunluğunda olub: "Buradan bölgədəki cinayətkar kartellərin narkotik daşıdıqlarını istisna etmirik".

Ölkənin müdafiə naziri Vladimir Padrino Lopez isə dövlət televiziyasına bildirib ki, Karib dənizi regionunda hərbi mövcudluğu artıracaqlar: "Karib dəniziilə yanaşı, Atlantik istiqamətində də 5 ştata əlavə hərbçilər göndəriləcək. Artıq prezident Nikolas Maduro göstəriş verib. Kolumbiya ilə həmsərhəd Apure əyalətində narkotik kartellərini yox edəcəyik. Unutmayaq ki, heç kim bizim yerimizə bu işi görməyə gəlməyəcək. Heç kim bu torpağa ayaq basıb, etməli olduğumuz işi görməyəcək"

Venesuela vitse-prezidenti Delcy Rodriguez də ABŞ-ın Karib dənizindəki hərbi varlığına və ölkəsinə mümkün hücumdan danışıb: "Biz Venesuelaya qarşı ciddi təhdidlərin olduğunu bilirik, ölkəmizə qarşı hücum planı var. Lakin bununla belə, etiraf edək ki, Venesuelada narkoti istehsal prosesini dayandırmaq mümkün deyil".

Xatırladaq ki, ABŞ və Venesuela arasında narkotik tranziti ilə bağlı gərginlik artıb. Donald Tramp Latın Amerikası narkotik kartelləri ilə mübarizə çərçivəsində orduya həmin ölkələrə zərbə endirmək səlahiyyəti verib.

Samir MUSAYEV
MİA.AZ