Britaniya polisi qadağan olunmasına baxmayaraq, Londonda “Fələstinə dəstək  aksiyası” adı altında keçirilən nümayişi dağıdıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fələstinə dəstək aksiyası üçün Parlament Meydanına toplaşanlar İsrailin Qəzzadakı savaşına etiraz ediblər.

Məlumata görə, polis aksiyaya müdaxilə edərək ümumilikdə 900-ə yaxın nümayişçini saxlayıb.

London polisindən bildirilib ki, saxlanılanların çoxu polisin qanuni tələblərinə əməl etməyib, əksinə, bəzi hallarda polis əməkdaşlarına hücum çəkiblər.

Samir MUSAYEV
MİA.AZ