Almaniyanın paytaxtı Berlində adı hələlik açıqlanmayan şəxs idarə etdiyi avtomobili 15 şagirdin üzərinə sürüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə aralarında 7 və 8 yaşlı uşaqların da olduğu 3 şagird, bir müəllim xəsarət alıb.

İlkin məlumata görə, müəllimin durumu çox ağırdır: "Yaralılar xəstəxanaya çatdırılıb, polis hadisə yerində sürücünü saxlayıb. Faktla bağlı araşdırma gedir"

Firudin Səfərli
MİA.AZ