Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda təlim təyyarəsi qəzaya uğrayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Səlcuq Efes Hava Limanında təlim keçmək üçün havaya qalxan  "Cessna-172" təlim təyyarəsi bəlli olmayan səbəblərdən Torbalı rayonunun Kırbaş məhəlləsində qarğıdalı sahəsinə düşüb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadası göndərilib.

İlkin məlumata görə, bir nəfər hadisə yerində ölüb.

Lamiyə Əhmədli
Mia.az