Rusiya Hindistana əlavə S-400 raket sistemləri satır.

Mia.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Hərbi və Texniki Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Dmitri Şuqayev açıqlama verib.

O bildirib ki, hazırda Hindistanla bu yöndə intensiv danışıqlar gedir: "Hindistan əlavə S-400 sistemləri alacaq. Bilirsiiz ki, Hindistan bu sistemə sahib ölkələr arasındadır. İndisə bu  istiqamətdə əməkdaşlığımızı daha genişləndirmək fürsəti yaranıb.  Hazırda danışıqlar yekunlaşmaq üzrədir".

Xatırladaq ki, Hindistan Müdafiə Nazirliyi iki ay əvvəl açıqlmasında Rusiya rəsmiləri ilə S-400 tədarükü ilə yanaşı, Su-30 qırıcılarının alınması barədə danışıqlar apardıqlarını açıqlamışdı.

Onu da qeyd edək ki, Rusiya 2021-ci ildə S-400-lərin ilk partiyasını Hindistana göndərib. Həmiin vaxt bu addım ABŞ-la Hindistan arasında narazılıq yaratsa da, Dehli geri çəkilməmişdi.

Firudin Səfərli

MİA.AZ