Türkiyənin Muğla bölgəsinin Menteşe rayon bələdiyyə sədri, CHP-li Konca Köksal Arasın atasının evinə molotof kokteyli atılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəticədə apartman tipli binada yanğın baş verib.

Məlumata görə, qonşular yanğına müdaxilə edərək, onun böyüməsinə imkan verməyiblər.

Hadisədən sonra əraziyə polislər gəlib:

Konca Köksal Aras

"Hadisəni törədən iki nəfər olub, onlar qaçarkən kameralara "yaxalanıblar". Hazırda onların tutulması istiqamətində əməliyyat tədbirləri başlayıb".

Xəbərdə o da deyilir ki, hücuma məruz qalan mənzil Arasın ailəsinə məxsusdur: "Hadisə zamanı Köksal Arasın anası və babası evdə olublar..."

Firudin Səfərli

MİA.AZ