ABŞ-ın Pensilvaniya ştatında festivala toplaşan insanların üzərinə avtomobil sürülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ilkin məlumatlara görə, iki nəfər yaralanıb, onlardan biri uşaq, digəri əlil arabasında olan qadındır.

Məlumata görə, insanların üzərində bilərəkdən maşını sürən şəxs saxlanılıb: "Hazırda onun bu hadisəni niyə törətməsinin səbəbi araşdrıılır".

Xəbərdə sürücünün milliyyəti və kimliyi gizli saxlanılıb.

Tahir Şəlvəli
MİA.AZ