Blokada altında olan Qəzza zolağında aclıq və qia çatışmazlığı hökmü sürür.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son 24 saat ərzində üçü uşaq olmaqla daha 9 nəfər aclıqdan ölüb.

Bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi açıqlama verib. Bildirilib ki, bununla da 2023-cü il oktyabrın 7-dən bəri aclıqdan ölənlərin sayı 348 nəfərə çatıb ki, onlardan 127-si uşaqdır.

Tahir Şəlvəli
MİA.AZ