Nigeriyanın Zamfara əyalətində batan qayıqda ölənlər var.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Birnin Magaji bölgəsində sakinlər silahlı dəstə üzvlərinin hücumlarından xilas olmaq üçün mindiyi qayıq çayda ağırlığıa və aldığı zədəyə tab gətirməyərək batıb.
Məlumata görə, qəza nəticəsində 15 nəfər ölüb, 22 nəfər itkin düşüb.
Xatırladaq ki, bundan bir neçə gün əvvəl də Nigeriyada daha br qayıq batıb və 20-dən şox insan ölmüşdü.
Tahir Şəlvəli
MİA.AZ