Avstraliyadan sonra Meksika da ABŞ-a poçt göndərişlərini dayandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Donald Trampın ölkəyə tətbqi etdiyi yüksək gömrük tarifidir.

Meksika hökumətindən bildirilib ki, yeni gömrük qaydaları qeyd edilən qəararın qəbuluna səbəb verib.

Meksikanın milli poçt xidməti Correos de Mexico isə deyib ki, yüksək tariflərə görə ölkəyə poçt və yük daşımalar mümkünsüzdür: "Meksika xidməti bərpa etmək üçün ABŞ səlahiyyətliləri və beynəlxalq poçt təşkilatları ilə danışşıqları davam etdirir".

Xatırladaq ki, ABŞ-ın tarif siyasətinə etiraz olaraq ilk olaraq Hindistan, daha sonra Avstraliya ABŞ-a poçt göndərişlərini dayandırıb.

Samir MUSAYEV
MİA.AZ