Türkiyənin Muğla şəhərinin Datça rayonunda dincələn yorğun bir suitiyə görə çimərlik turistlərə qapadılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müvafiq qurumların tələbiylə artıq jandarma suitinin dincəlməsi üçün sahildə təhlükəsizlik çəmbəri qurub.

Xəbərdə deyilir ki, bölgənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Müdirliyinin əməkdaşları suitinin sağlam olduğunu, sadəcə dincəlmək üçün çimərliyə çıxdığını açıqlayıblar: "Araşdırma qrupumuz suitiyə nəzarət edir..."

Firudin Səfərli

MİA.AZ