Türkiyədə 10 metr uzunluğundakı qayıq batıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Muğlanın Bodrum rayonunda baş verib.

Məlumata görə, nasosunda yaranan problem səbəbindən qayığın bir hissəsi zədələnib və içəriyə sürətlə su dolmağa başlayıb: "Qısa zaman içində qayıq suya qərq olub..."

Məlumata görə, 10 metrlik qayığın batması zamanıölən və ya xəsarət alan olmayıb: "Əslində, qayıqda heç kim olmayıb. Qayıq Torba körfəzində lövbərdə olub. Hazırda batan qayığın sudan çıxarılması üçün işlərə başlanılıb".

Samir Musayev

MİA.AZ