ABŞ-da açıq yaralara sürfə qoyan və canlı toxuma yeyən parazit milçək olan "Yeni Dünya vida qurd milçəyi"nin ilk halı qeydə alınıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin (HHS) sözçüsü Endryu Nikson "Axios"a müsahibə verib.

O bildirib ki, bu, ölkədə ilk aşkarlanan faktdır: "Bu, El Salvadordan Merilendə gələn şəxsdə aşkarlanıb. Düzdür, onun yayılam riski çox azdır. Lakin bununla beə xəstə tam nəzarətə götürülüb"

Xatırladaq kİ, ABŞ-da 1960-cı illərdə yayılan vida qurd milçəyinin populyasiyasının kıkü kəsilsə də, 2017-ci ildə Floridada bir fermada bu fakta rastlanıb. Bundan sonra xüsusilə Meksikia ilə sərhəd bölgələrində bu hala rast gəlsə də, insanda belə bir hal aşkarlanmamışdı.

Zülfiyyə Mustafayeva
MİA.AZ