Blokada olan Qəzzada aclıqdan əziyyət çəkən daha 11 nəfər ölüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş yazılı açıqlama yayıb.
O bildirib ki, bu, son 24 saatda baş verib: "Bəli, son 24 saatda ikisi uşaq olmaqla daha 11 fələstinlinin aclıq və qida çatışmazlığından öldü..."
Burş qeyd edib ki, bununla da Qəzza zolağında aclıqdan ölənlərin sayı 300-ə çatıb: "Onlardan 117-si uşaqdır".
Tahir Şəlvəli
MİA.AZ