Fransanın "Olimpik Lion" klubu İngiltərənin "Liverpul" komandasından Tayler Mortonu heyətinə qatıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ingilis yarımmüdafiəçi ilə 2030-cu ilə qədər müqavilə imzalanıb.
Transferə 15 milyon avro xərclənib.
22 yaşlı oyunçu 2022-ci ildə "Liverpul"la İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb və ötən mövsüm İngiltərə Premyer Liqa çempionluğunu qazanıb.
Fərid
MİA.AZ