İtaliya A Seriyasında ötən axşam lider "İnter" doğma meydanında "Roma"nı qəbul edib.
Mia.az xəbər verir ki, oyunda bol ql olub.
Belə ki, "İnter" rəqibini 5-2 hesabı ilə məğlub edib.
"İnter"ə möhtəşəm qələbə qazandıran qolları 1-ci və 52-ci dəqiqələrdə Lautaro Martinez, 45+2-ci dəqiqədə Hakan Çalhanoğlu, 55-ci dəqiqədə Markus Thuram və 63-cü dəqiqədə Nikolo Barella atıb.
"Roma"nın qollarına isə 40-cı dəqiqədə Canluka Mançini, 70-ci dəqiqədə Lorenzo Pelleqrini imza atıb.
Onu da qeyd edək ki, oyunda forma geyinən Türkiyə yığmasının oyunçuları Hakan Çalhanoğlu "İnter"də 67 dəqiqə, Zeki Çelik isə "Roma"da 90 dəqiqə meydanda tər töküb.
Bu qələbədən sonra "İnter" 72 xalla yerini möhkəmlədib, "Roma" isə 54 xalla qalıb.
Fərid ASLAN
mia.az