DÇ-2026-ya vəsiqə uğrunda Türkiyə millisi ilə son oyundan sonra ürəyində yaranan problemə görə yenidən xəsətəxanaya aparılan Rumıniya millsinin Baş məşqçisi Mirça Luçesku komaya düşüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son bir neçə saat ərzində vəziyyəti pisləşən Luçesku reanimasiya şöbəsinə köçürülüb

Rumıniya səhiyyə naziri Aleksandru Roqobete Mirça Luçeskunun vəziyyətinin çox kritik olduğunu bildiriib: “Son 24 saatda onun durum xeyli geriyə getdi, təəssüf ki…”

Məlumata görə, Mirça Luçeskunun oğlu, PAOK-un baş məşqçisi Razvan Luçesku bu səbəbdən "Panatinaikos" matçından sonra təcili olaraq şəxsi təyyarə ilə Rumıniyaya qayıdıb.

Fərid ASLAN
MİA.AZ