"Beşiktaş" köhnə futbolçusu Rıdvan Yılmazı heyətinə qatmaq istəyir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Ağ-qaralar” sol cinah müdafiəçisi üçün “Reyncers”lə danışıqlara başlayıb.
24 yaşlı sol cinah müdafiəçisi ilə yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.
O, "Reyncers"də 77 oyuna çıxıb 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ