İsrail hərbçiləri hücuma hazırlaşan şəxsi öldürüb.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, əldə olunan məlumat əsasında İordan çayının qərb sahilində - məskunlaşma məntəqəsi yaxınlığında yəhidilərə hücum planın qarşısı alınıb: "İordan çayının qərb sahilinin şimalında Maoz Tzvi  yaşayış məntəqəsi yaxınlığında silahlı bir şəxsi müəyyən olunaraq zərərsizləşdirilib".

“Yedioth Ahronoth” qəzeti isə yazıb ki, həmin şəxs avtomobillə bölgəyə gələrək İsrail əsgərlərinə atəş açıb: "Həmin şəxs orada öldürülüb"

Fələstin mənbələri isə öldürülən şəxsin mülki adam olduğunu, hərbçilərin qəsdən öldürdüyünü iddia edir.

Tahir Şəlvəli
MİA.AZ