Suriyanın cənubundakı Sveyda şəhərində İsrailin dəstəklədiyi druzi milisləri ilə Suriya ərəb əşirətləri qüvvələri arasında toqquşmalar davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Suriya ordusunun bölgədən geri çəkilməsindən sonra druzi silahlılarının başlatdığı hücumlar ərəb qəbilələrini hərəkətə keçirməyə sövq edib.
Yayılan kadrlarda kütləvi qətllər və ya ona cəhdlər yer alıb.
Məlumata görə, artıq 100.000-dən çox ərəb döyüşçü bölgəyə yerləşib və şiddətli döyüşlər gedir.
Ali Ərəb Əşirətləri Şurasının sədri Mudar Hamad türkiyəli jurnalist Yılmaz Bilgenə müsahibəsində bildirib ki, drizilərin lideri əl-Hecirinin başçılıq etdiyi milislər yerli ərəblərə qarşı dünyanı ən iyrənc və amansız hücumlarını edib: "Bizm indiyədək "400-dən çox şəhidimiz var. Onlar çox iyrənc əməllərə al atdılar. Qadınlara təcavüz edildi, ərəb evləri yandırıldı, dağıdıldı. Bütün bunlar İsrail və PKK-YPG-nin dəstəyi ilə edildi. Biz isə ölkəmiz belə cinayətkarlardan təmizləyəcəyik. Əvvəlcə Süveydəni, sonra kürd silahlılarının olduğu Qamışlını, ümumiyytlə, işğal altında olan bütün ərazilərimizi azad edəcəyik. Bölgəni atəşə tutan separatçı druzlar zatən Əsəd rejiminin ortağı olub. Onlar Əsəd rejimində insan və narotik qaçaqçılığı ilə məşğul olublar. İndisə bu iyrənc bizneslərinə imkan verilmir deyə cinayətlərə əl atdılar".
Tahir Şəlvəli
MİA.AZ