"Təəssüf ki, bu gün qanunsuz hərəkətlər siyahısına daha biri əlavə olunub. Adana bələdiyyə sədri Zeydan bəy də həbs olundu. Biz çox təəssüf edirik və ona "keçmiş olsun" deyirəm. Mətbuatdan oxuduğumuza görə, onun 10 il əvvəl baş verən əsassız bir hadisəyə görə tutublar. Bu şəkildə həbs edilməsi çox üzücüdür. Əgər bir şübhə varsa, adamı məhkəməyə versinlər. O da açıq mühakimə olunsa, hər kəs öz hər şeyi aydın görərər. Yoxsa, birinin əsassız ifadə və ya iftiraları ilə hamını həbsə atmaq olmaz...".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Ankara Böyükşəhər Bələdiyyə sədri Mənsur Yavaş CHP bələdiyyə sədrlərinin həbsinə münasibətdə deyib.

O,  bu həbslərin siyasi xarakterlidir: "Əgər bu prosesdə yeganə məqsəd CHP bələdiyyə sədrlərinə, onların işləməsinə mane olmaqdırsa, bu gün istefa verməyə hazıram. Sadəcə, bizə qarayaxmaya, böhtan atmaqdan, namusumuza, ləyaqətimizə, şərəfimizə sataşmaqdan əl çəksinlər"

Ankara Böyükşəhər Bələdiyyə sədri deyib ki, bütün bu həbslər tamamilə "mənasız bir adam"ın iftiraları əsasənda yaşanlır: "Buna söz tapmaq mümkün deyil".

Firudin Səfərli
MİA.AZ