Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Tatarıstan Respublikasının paytaxtı Kazanda təhsil müəssisəsinə silahlı hücum hazırlayan yeniyetməni tutublar.

“RİA Novosti” xəbər verir ki, məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti yayıb.

İki və daha çox şəxsi qətlə yetirməyə cəhd maddəsi üzrə cinayət işi başlayıb.

Qeyd edək ki, bu il mayın 11-də Rusiyada məktəbə hücum nəticəsində 7 şagird, 2 müəllim ölmüş, 24 nəfər isə yaralanmışdı/Report