"Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır".

Bu sözləri Xarici işlər naziri Ceyhun Bayramov sosial media hesabında yazıb.

Nazir ötən gün İran XİN başçısının Azərbaycana səmimi təşəkkürünü müsbət qiyməttləndirib: “Bu, eləcə də İki ölkə arasında qarşılıqlı hörmət münasibətlərimizin və tarixi bağların təməlini təşkil edir. İrana ən qısa zamanda sülh və əmin-amanlıq arzulayırıq!”.

Qeyd edək ki, İran xarici işlər naziri Abbas Araqçi ötən gün Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirib.