Bu gün İstanbulun Büyükçekmece Bələdiyyə sədrinin müavini, eyni zamanda, sədr vəzifəsinin icraçısı Ahmet Şahin həbs olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun  cinayət işi üzrə qandallanıb.

Məlumata görə, bu gün Ahmet Şahinlə yanaşı, sürücüsü Sonkan Turan da tutulub.

Onlar korrupsiya və rüşvət almaqda ittiham edilirlər.

Firudin Səfərli

MİA.AZ